Azərbaycan

5 mart 1925 – Şair, ədəbiyyatşünas İsmayıl Qəhrəman oğlu Cəfərpur (1925-1977) anadan olub.

5 mart 1919 – Teatr və kino aktyoru, kiçik rolların mahir ifaçısı Məmmədsadıq Qafar oğlu Nuriyev (1919-1975) Bakıda doğulub.

 

5 mart 1936 – Ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Yaşar Vahid oğlu Qarayev (1936 - 25.8.2002) Şəkidə doğulub. Milli realizmin təsnifi və tipologiyası, XX əsr romantizminin poetikasına dair tədqiqatların müəllifidir.

5 mart 1947 – Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı (1947 - 9.7.2014) Qubada doğulub. Kitabları: “Dədə Qorqudun qəbrinin izi ilə”, “Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri” və s.

 

6 mart 1920 – Filologiya elmləri doktoru Yəhya Qasım oğlu Seyidov (1920 - 4.12.1980) Ordubadda anadan olub.

6 mart 1931 – Yazıçı, tərcüməçi, Əməkdar incəsənət xadimi Fərman Allahverdi oğlu Eyvazov (1931-1996) Ağstafa rayonunda anadan olub.

6 mart 1955 – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə (31.1.1884 - 1955) Ankarada vəfat edib. 1918-ci il mayın 27-də Azərbaycan Milli Şurasının sədri seçilib, mayın 28-də Milli Şura Azərbaycanın müstəqilliyini elan edib. Cümhuriyyətin süqutundan (1920) sonra Rəsulzadə Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, mətbu orqanlarda yazılarla çıxış edib. “Əsrimizin Səyavuşu”, “Azərbaycan şairi Nizami”, “Çağdaş Azərbaycan ədəbiyyatı” və s. əsərlərin müəllifidir.  

 

7 mart 1908 – Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadə (1908-1997) anadan olub. Azərbaycan modernizminin nümayəndələrindən biridir. Əsərləri: “Toxuculuq fabriki”, “Fermada qadın” və s.

7 mart 1926 – Xalq şeirinin görkəmli nümayəndəsi Aşıq Ələsgər (1821-1926) vəfat edib. Göyçə mahalının Ağkilsə kəndində doğulub. Həyatın çox gərdişindən keçən, 1918-ci ildə qaçqınlıq taleyi yaşayan sənətkar ömrünün sonuna yaxın doğulduğu kəndə qayıdıb və orada dünyasını dəyişib.

7 mart 1945 – Xalq artisti Xuraman Hacıyeva (1945-2005) anadan olub. “Arşın mal alan” (1965, Asya), “Lətifə” və s. filmlərdə çəkilib. Gənc Tamaşaçılar, Naxçıvan Musiqili Dram teatrlarında işləyib.

 

Dünya

 

5 mart 1922 – İtalyan rejissoru, yazıçı, şair Pyer Paolo Pazolini (Pier Paolo Pasolini; 1922-1975) anadan olub. “Dekameron”, “Medeya”, “Çar Edip” və s. filmləri ilə tanınıb.

5 mart 1934 – Türk kinorejissoru Halit Refiğ (1934-2009) anadan olub. Filmləri: “Qürbət quşları”, “Hərəmdə dörd qadın”, “Aşk-ı Memnu” (1975) və s.

 

6 mart 1475 - İtalyan rəssamı, Avropa İntibahının görkəmli sənətkarı Mikelancelo Buonarrotti (Michelangelo di Lodovico Buonarroti Simoni; 1475-18.2.1564) anadan olub. Rəssamlıqla yanaşı, heykəltəraş, memar, şair kimi də tanınıb.

6 mart 1909 - Polyak satirik yazıçısı, şair, filosof Stanislav Yeji Les (Stanislaw Jerzy Lec; 1909-1966) anadan olub.

6 mart 1928 – Kolumbiya yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1982) laureatı Qabriel Qarsia Markes (Gabriel Jose de la Concordia Garcia Marquez; 1928 - 17.4.2014) anadan olub. Əsərləri: “Polkovnikə heç kim yazmır”, “Yüz il tənhalıqda”, “Patriarxın payızı” və s.

 

7 mart 1875 – Fransız impressionist rəssamı, dirijor, XX əsr musiqisinin islahatçılarından Moris Ravel (Joseph Maurice Ravel; 1875-1937) anadan olub.

7 mart 1908 – İtalyan aktrisası, “Oskar” laureatı (1955) Anna Manyani (Anna Magnani; 1908-1973) anadan olub.

7 mart 1924 - Yapon yazıçısı, dramaturq, ssenarist Kobe Abe (əsl adı Abe Kimifusa; 1924-1993) anadan olub. “Qumsallıqda qadın”, “Özgə sifət” və s. romanların müəllifidir.

7 mart 1941 - Rusiyanın Xalq artisti Andrey Mironov (Menaker; 1941-1987) anadan olub. Filmləri: “Brilyant əl”, “12 stul”, “Avtomobildən qorun”, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” və s.

Hazırladı:  Vüqar ORXAN