Xəzər rayon Abşeron Binə Peşə liseyində bu tədris ocağının məzunu, 2016-cı il Aprel döyüşlərinin şəhidi Kamran Faiq oğlu Şirəliyevin anım günü münasibətilə tədbir keçirilib.

Kamran Şirəliyevin doğum gününə (28 fevral) təsadüf edən tədbirdə şəhid haqqında Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilib.

Liseyin direktoru Nurəddin Həsənovun, Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Nilufər Abdulova və lisey müəllimlərinin çıxışlarında Kamran Şirəliyevin qısa ömür yolundan söhbət açılıb, onun vətənpərvərliyinin gənc nəslə örnək olduğu vurğulanıb.

Şəhidin anası Elvira xanım oğlunun uca adından fəxarət hissi keçirdiyini söyləyib.

Sonda tədbir iştirakçıları Kamranın uyuduğu məzarlığa gedərək şəhidin qəbri üstə qərənfillər düzüblər.