Gürcüstan paytaxtında fevralın 28-dən martın 2-dək 22-ci “Tbilisi Big-Band & New Jazz Generation” caz festivalı keçirilib.

Müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi festival ilk dəfə Tbilisi Böyük Konservatoriyasında təşkil olunub. Yaşlı və yeni nəsil musiqiçilər tamaşaçılar üçün bir-birindən maraqlı caz kompozisiyaları təqdim ediblər.

Tbilisi meriyasının “Big-Band” qrupu və məşhur gürcü ifaçıları səhnədə konservatoriyanın tələbələri ilə birlikdə caz musiqiləri səsləndiriblər.

Konsertdə Azərbaycan caz musiqisinin banisi Vaqif Mustafazadənin də əsərlərindən parçalar ifa olunub.

Festivalda əfsanəvi amerikalı cazmen və gitara ifaçısı, 20 dəfə “Qremmi” mükafatının sahibi Pet Metini də çıxış edib.