Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Ankaradakı qərargahında Şimali Makedoniya (keçmiş Yuqoslaviya federasiyasının üzvü olmuş Makedoniya ölkədə keçirilmiş referendumdan sonra belə adlanır – red.) şairi Necati Zəkəriyyənin 90 illik yubileyi münasibətilə konfrans keçirildi.

Əvvəlcə TÜRKSOY-un fəaliyyətindən bəhs edən sənədli film nümayiş olundu. TÜRKSOY-un həyata keçirdiyi “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi çərçivəsində gerçəkləşən tədbirdə elm və mədəniyyət adamları, poeziya həvəskarları iştirak edirdi.

TÜRKSOY-un baş katibi Düsen Kaseinov və Şimali Makedoniyanın Türkiyədəki səfiri Zvonko Mucunnski “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsinin əhəmiyyətindən danışdılar, şair Necati Zəkəriyyənin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər.

Sonra görkəmli şairin həyat və yaradıcılığı ilə bağlı məruzələr dinlənildi,  şeirlərindən parçalar səsləndirildi.

Mehparə SULTANOVA
Ankara