Ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Ankarada “Azərbaycan mətbəxi həftəsi” keçirilir.

Həftənin açılış mərasimində Türkiyə siyasi dairələrinin, Ankarada akkreditasiya olunmuş diplomatik missiyanın nümayəndələri, media mənsubları iştirak ediblər.

Səfir Xəzər İbrahim Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və ləziz mətbəxlərindən biri olduğunu vurğulayaraq həftə ərzində təqdim olunacaq yeməklərimizin maraqla qarşılanacağına inandığını deyib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib. Pianoçu Nailə Əhmədova tərəfindən Azərbaycan bəstəkarlarının mahnıları səsləndirilib. Pianoçunu skripkada Hüseynalı Hüseynalıyev müşayiət edib.