Rusiya Müdafiə Nazirliyinin A.B.Aleksandrov adına Mahnı və Rəqs Ansamblı 9-11 mart tarixində İstanbulda sənətsevərlərlə görüşəcək.

Qızıl Ordu Xoru, orkestr, rəqqas və solistlərdən ibarət 120 nəfərlik heyətin konsertləri “2019: Türkiyə-Rusiya mədəniyyət və turizm ili” tədbirləri çərçivəsində gerçəkləşəcək.

Yaranmasının 91-ci ilini qeyd edən ansamblın İstanbulda keçiriləcək pulsuz konsertində Rusiyanın əməkdar artistləri Natalya Moskvina, Pavel Maksimov, Valeri Qavva və Vadim Ananyevlə yanaşı, beynəlxalq müsabiqələr laureatı Maksim Maklakov da çıxış edəcək.

Repertuarında 2 mindən çox əsər olan Qızıl Ordu Xoru “İstiqlal marşı”, “Sevdan olmasa” və “Çanaqqala türküsü”nü də səsləndirəcək.

Mehparə SULTANOVA
Ankara