Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi tələbələrinin iştirakı ilə “Könül nəğmələri” adlı konsert keçirilib. Konsert 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunub.
Gecədə tələbələr Aytac Fərəcova, Elşən Cəfərzadə, Xasay Şıxıyev, Nərmin Məmmədli, Tərxan İbrahimov, Sinan Can Akar, Zəhra Babanlı, Valeriya Hüseynzadə, Məlik Məmmədov, Cavad Sultanov görkəmli bəstəkarlar Oqtay Kazımi, Emin Sabitoğlu, Tofiq Quliyev, Elza İbrahimova, Rauf Hacıyev, Polad Bülbüloğlunun müxtəlif janrlarda yazılmış əsərlərini səsləndiriblər.
Konsertin bədii rəhbəri ADMİU-nun Estrada sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məryəm Babayevadır.