Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı ilə birlikdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunub.

YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev çıxış edərək müasir dövrdə Azərbaycan qadınının ölkənin ictimai-siyasi həyatında fəal rol oynamasından söz açıb, xanımları təbrik edib.

Rayonun ictimai-siyasi həyatında fəallıq göstərən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

* * *

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filialı Suraxanı rayon 317 nömrəli tam orta məktəblə birlikdə Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib.

Filialın müdiri Pəri Paşayeva qadınlar bayramının tarixindən danışıb.

Məktəbin direktoru Əliqismət Səfərov qadınları bayram münasibətilə təbrik edib.

Məktəbin şagirdləri şeirlər söyləyib, mahnılar oxuyub, səhnəciklər nümayiş etdiriblər.