Azərbaycan Rəssamlar İttifaqı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi,  şəhər 1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Sumqayıtlı Bahar qızları Bakıda” adlı sərgi-tədbir keçiriləcək.

Martın 9-da Xətai Sənət Mərkəzində açılacaq sərgi yaradıcılıq mərkəzlərinin fəaliyyətinin daha böyük auditoriyaya təqdimatı xarakteri daşıyır. Tədbirdə müxtəlif rəqs nümunələri, səhnəciklər, rəsm əsərləri, o cümlədən uşaqların hazırladığı müxtəlif bəzək əşyaları nümayiş olunacaq.

LALƏ