Məlahətli səsə sahib olmaq xüsusi istedaddır. Bu istedadın üzə çıxması üçün geniş imkanlar gərəkdir. Elə bu baxımdan ənənəvi olaraq iki ildən bir təşkil olunan Muğam televiziya müsabiqəsi təqdirəlayiqdir. Peşəkar münsiflər heyətinin fikrincə, növbəti dəfə muğamsevərləri ətrafına toplayacaq VII Muğam televiziya müsabiqəsini çox gözəl səslər bəzəyəcək.

Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən müsabiqəyə martın 12-də Beynəlxalq Muğam Mərkəzində start verildi.

Builki müsabiqədə 20 iştirakçı qələbə üçün mübarizə aparacaq. Münsiflər heyəti layihənin yekununda məlahətli səsə sahib olan ən yaxşı gənc xanəndəni müəyyənləşdirəcək.

Xatırladaq ki, VII Muğam televiziya müsabiqəsində iştirak üçün ölkə üzrə ümumilikdə 400 ifaçı müraciət etmişdi. Regionlar üzrə seçim və paytaxtda keçirilən dinləmələrdən sonra onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb.

Münsiflər heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.

Müsabiqə hərhəftənin 2-civə 4-cü günlərində “Mədəniyyət” kanalı vasitəsilə canlı olaraqyayımlanacaq.