Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Fortepiano şöbəsinin XI sinif şagirdi, beynəlxalq və respublika müsabiqələri laureatı Nərgiz Əliyevanın solo konserti keçirilib.
Bakı Musiqi Akademiyasının professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət Rimazinin sinfində təhsil alan istedadlı gənc pianoçu Frederik Şopenin, Sergey Prokofyevin və Qara Qarayevin əsərlərini səsləndirib.