Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdləri “Dünyanın səslərini dinləyək” adlı festivalda uğur qazanıblar.
Baş idarədən bildirilib ki, festival “Resurs” Gənclərin inkişafı mərkəzinin, “Educenter” mərkəzinin və “Nur art house” qalereyasının birgə təşkilatçılığı ilə reallaşıb.
Festivalda şagirdlərdən Lalə Abasova, Aysel Dadaşova, Zəhra Əliyeva, Jalə Əliyeva, Aydan Həsənzadə, Zəhra Novruzova, Nəzrin Mirzəzadə, Xumar Nəcəfli birinci yerə, Ülkər Məmmədova, Nigar Həmzəyeva, Vüsalə Ələkbərova, Nərgiz Rüstəmova isə ikinci yerə layiq görülüblər.
“Nur art house” qalereyasında keçirilən tədbirin bədii hissəsində şagirdlərin ifası dinlənilib.
Sonda məktəb kollektivi İçərişəhərə ekskursiya edib. Ekskursiya zamanı şagirdlərin milli musiqi alətlərində ifası şəhərimizin sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.