Novruz bayramı günlərində paytaxt sakinlərini və balaca tamaşaçıları sevindirmək üçün Moskva Dövlət Sirki Bakıya qastrol səfərinə gəlib. Bakı Dövlət Sirkində təqdim olunan proqrama akrobatlar, jonqlyorlar, heyvan məşqçiləri, tarazlıq ustaları, klounların çıxışı və digər nömrələr daxildir.
Moskva Dövlət Sirki hər mövsüm yeni proqramla çıxış edir. Martın sonunadək davam edəcək “Talisman” adlı sirk-şou həyəcanverici və təbəssüm gətirən rəngarəng nömrələrlə zəngindir. Nömrələr arası tamaşaçıları klounlar Kiril Toldonov və İqor Solovyev əyləndirəcək. Onlar yeddi il əvvəl Bakıda olublar. Proqramın əsas nömrəsi isə dünyada çox az sayda qalan ağ pələnglərdir.