Özbəkistan Mədəniyyət Nazirliyi aprelin 5-dən 10-dək Termez şəhərində (Qaşqadərya vilayətinin mərkəzi) baxşi (aşıq) sənətinə həsr edilmiş festival keçirəcək.
Festivalda dünyanın 80-dək ölkəsindən baxşi, aşıq, akın, ozan, həmçinin folklorçu alimlər, müxtəlif xalqların folklor ansamblları iştirak edəcək.
Özbəkistanda ilk dəfə keçirilən belə festivalda ölkəmizi şair Əkbər Qoşalı, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun əməkdaşı Əli Şamil və aşıq Samirə Əliyeva təmsil edəcək.
Təşkilatçıların verdiyi məlumata görə, festivalın ən yaşlı iştirakçısı Tacikistandan (90 yaşlı baxşi ustası Xatam aka Xakimov), ən gənc iştirakçısı isə Malayziyadan (9 yaşlı ifaçı) gələcək.
Festival çərçivəsində “Dünya sivilizasiyasında baxşi sənətinin rolu” adlı beynəlxalq elmi-praktik konfrans da keçiriləcək.