“Kainat” Gənclik Mərkəzinin layihəsi üzrə ənənəvi olaraq keçirilən İslam dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) beynəlxalq müsabiqəsi bu il 8-ci dəfə reallaşacaq.
Layihə İslam elm, təhsil və mədəniyyət təşkilatı – İSESCO-nun, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Xarici İşlər, Mədəniyyət nazirliklərinin iştirakı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı keçirilir.
Aprelin 1-2-də Bakı Musiqi Akademiyasında müsabiqənin Azərbaycan üzrə seçim turları keçirilib. Seçimin yekun tədbiri 10-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və orqan musiqisi zalında keçiriləcək.
Beynəlxalq müsabiqə aprelin 11-də Bakı Musiqi Akademiyasında gerçəkləşəcək. Müsabiqəyə Misir, Türkiyə, Mərakeş, İran, Başqırdıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Azərbaycandan yaşı 20-dək olan klassik musiqi ifaçıları qatılacaq.