Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Nəfəs və zərb alətləri kafedrasının dosenti, Əməkdar incəsənət xadimi Rüfət Axundzadənin tələbələri “Testene Art Baku” beynəlxalq müsabiqəsində iştirak ediblər.

BMA-dan bildirilib ki, tələbələrdən Turanə İsayeva birinci, İsa Məmmədzadə isə ikinci yerə layiq görülüblər. Qaliblər təşəkkürnamə ilə təltif ediliblər.