İyunun 7-də Heydər Əliyev Sarayında Xalq artisti Nisə Qasımovanın solo konserti keçiriləcək.

Konsert proqramında Nisə Qasımova repertuarında yer alan və musiqisevərlər tərəfindən sevilən “Sənsən həyatım”, “Gözləyəcəm”, “Eşqimi sönməyə qoymaram”, “Qəşəngdir”, “Sədaqətim var”, “Yalvarıram”, “Qayıtdım”, “Azərbaycan qızıyam” və sair dillər əzbəri olan köhnə və yeni mahnılarını səsləndirəcək. Müğənni konsertdə həmçinin dünya xalqlarının mahnılarını ifa edəcək.