Belçikalı yazıçı və şair Bart Muyart uşaq ədəbiyyatı sahəsində Astrid Lindqrenin xatirəsinə həsr olunmuş beynəlxalq mükafatın laureatı olub.

B.Muyart yaradıcılığa 1978-ci ildə başlayıb. Onlarla kitabı, pyes və şeirlər toplusu nəşr edilib. Əsərləri 22 dilə tərcümə olunub.

B.Muyart təəssüratlarını bölüşərək deyib: “Mənim sevincimin həddi-hüdudu yoxdur. Astrid Lindqren mənim kumirimdir. Onun xatirəsinə həsr olunmuş mükafata növbəti dəfə namizəd irəli sürülmək mənim üçün çox vacib idi. Sözün düzü, hesab edirdim ki, bu mükafatı heç vaxt ala bilməyəcəyəm. Lakin bu baş verdi və mən çox xoşbəxtəm”.