Yazıçı-jurnalist Şərif Ağayarın 2016-cı il Aprel döyüşlərinin şəhidi, cəsur kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanı çapdan çıxıb.

Ömrünün 25 ilini torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərə sərf edən, “Murov qartalı” adını qazanan Raquf Orucovun həyatı və fəaliyyəti “Komandir” romanında real faktlar əsasında qələmə alınıb.

Roman 4 hissədən ibarətdir. Birinci hissədə polkovnik-leytenant Raquf Orucovun uşaqlığı, gəncliyi və Ağdamda iştirak etdiyi döyüşlər əks olunub. İkinci və üçüncü hissə onun kəşfiyyatçı kimi Murovdakı fəaliyyətindən, dördüncü hissə isə qəhrəmanın həyatının digər dövrləri və onun əbədiyyətə qovuşduğu Talışdağ uğrunda döyüşlər haqqındadır.