Dünya şöhrətli amerikalı müğənni Madonna bir milyon dollar müqabilində Təl-Əvivdə keçiriləcək “Eurovision” mahnı müsabiqəsində çıxış edəcək. Bu qonorarı ona milyarder Silvan Adams ödəyəcək.
Bildirilir ki, Adams müsabiqənin tərəfdaşı olmağı ona təklif etmiş İsrail Televiziya və Radio Yayımları Korporasiyası ilə danışıqlardan sonra bu addımı atıb.
Xatırladaq ki, 64-cü “Eurovision” beynəlxalq mahnı müsabiqəsi bu il mayın 14-18-də Təl-Əviv şəhərində keçiriləcək. Azərbaycanı müsabiqədə Çingiz Mustafayev təmsil edəcək.