Alman musiqiçisi Petra Nachtmanova musiqi aləti olan saz haqqında film çəkib.

Türkiyə mediasının məlumatına görə, Berlində “Türk məhəlləsi” kimi tanınan Kreuzberqdə sazı dinlədiyini söyləyən filmin müəllifi deyib: “Sazın əfsanəvi ritmi məni heyran etdi. Rejissor Stepan Talneau ilə birlikdə bu ovsunlayıcı musiqi aləti haqqında film çəkdik”.

Alman və fransız sənətçilərin birgə yaradıcılıq işi olan filmin çəkilişlərinə Berlində başlanılıb, sonrakı çəkilişlər Bosniya və Herseqovina, Albaniya, Bolqarıstan, Türkiyə, Gürcüstan və İranda aparılıb.

P.Nachtmanova ekran əsərinin musiqinin sehrli gücünü ifadə edən uzun bir hekayə və təsirli səyahət olduğunu söyləyib.

Ekran əsərinin ilk nümayişi aprelin 5-də açılan İstanbul Beynəlxalq film festivalında gerçəkləşəcək.