Dünyanın ən cəlbedici şəhərləri

“Tripadvisor” saytı dünyanın gəzib görməli, cəlbedici şəhərlərinin yeni siyahısını açıqlayıb.

Siyahıda birinci yerdə muzeyləri, kilsələri, sarayları və yaşıl parkları ilə Böyük Britaniyanın ən böyük şəhəri olan London dayanır.

Dünyanın ən romantik şəhəri kimi qəbul edilən Paris siyahıda ikinci, tarixi gözəllikləri ilə insanı valeh edən İtaliyanın paytaxtı Roma isə üçüncüdür.

Növbəti yerlərdə Yunanıstanın ən böyük adası olan Krit, tropik təbiətin hakim olduğu Bali, hər il təxminən 5 milyon əcnəbi qonaq qəbul edən məşhur Phuket adası (Tailand), zəngin sənət tarixi ilə ziyarətçilərin diqqətini çəkən Barselona, üç böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən, başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu olan və iki qitədə yerləşən İstanbul, Şimali Afrikanın ekzotik şəhərlərindən olan Mərakeş və Ərəb yarımadasının ən inkişaf etmiş ölkələrindən Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri qərarlaşıb.

İLONA