Monteneqronun “AVLIJA” portalında AZƏRTAC-ın xüsusi müxbiri Pərvanə Qarayevanın “Üzeyir Hacıbəyli Azərbaycan himninin müəllifidir” sərlövhəli məqaləsi dərc edilib (https://www.avlija.me/portreti/uzeir-hadzibejli-kompozitor-himne-azerbejdzana).

Materialda dahi Azərbaycan bəstəkarının həyat və yaradıcılığı barədə məlumat verilir. Qeyd edilir ki, Üzeyir Hacıbəyli Azərbaycan himninin müəllifidir. Məqalədə Üzeyir Hacıbəylinin “Koroğlu”, “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Arşın mal alan” və “O olmasın, bu olsun” musiqili komediyaları barədə də qısa məlumat verilir.