AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Qazaxıstanın Əhməd Yəsəvi Universitetində “Türk dünyasında türkologiyanın aktual problemləri” mövzusunda seminar keçirib.

O, həmçinin tədbir iştirakçılarına “Türkologiya” jurnalını təqdim edib. Azərbaycanlı alim iştirakçıların suallarını cavablandırıb. O, “Türkologiya” jurnalının nömrələrini Türkoloji Araşdırmalar Mərkəzinin kitabxanasına hədiyyə edib.

GÜLCAHAN