Xəbər verdiyimiz kimi, 2-7 aprel tarixində Bakıda Mədəniyyət Nazirliyi, MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin birgə təşkilatçılığı ilə Gənc ifaçıların “World harmony” Beynəlxalq klassik və folklor musiqisi müsabiqəsi keçirilib.

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli Uşaq incəsənət məktəbinin şagirdləri də uğurla çıxış ediblər. Şagirdlərdən Məlahət Şeydayeva üçüncü yerə layiq görülüb, Ağaəli Qasımova isə diplom təqdim olunub, məktəbin digər şagirdlərinə sertifikatlar verilib.

Məktəbin direktoru Kəmalə Həşimova müsabiqənin iştirakçıları və müəllimləri ilə görüş keçirib, onlara mükafatlar təqdim edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli Musiqi məktəbi də müsabiqədə iştirak edib.

Məktəbin şöbə müdiri Səadət Yusifovanın rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblı birinci yeri qazanıb. Qanun sinfi üzrə Jalə Həsənzadə birinci yerə, qarmon sinfi üzrə Dürdanə Gözəlli isə ikinci yerə layiq görülüb.