Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan ədəbi-mədəni irsinin qiymətli nümunələri toplu şəklində – “Poeziya çələngi. The Garland of Poetry” adlı kitabda Azərbaycan və ingilis dillərində oxuculara təqdim olunub.

Topluya klassik və müasir Azərbaycan poeziya nümunələri, xalq mahnıları və bayatılar daxil edilib. Kitab tanınmış şair Sabir Mustafanın tərcüməsində işıq üzü görüb.

“Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilən kitabın Mədəniyyət Nazirliyinin tabeliyində olan kütləvi kitabxanalarda yerləşdirilməsi, eyni zamanda klassik və müasir Azərbaycan poeziyası nümunələri, xalq mahnıları və bayatılarımızın təbliğatı məqsədilə beynəlxalq tədbirlərdə istifadəsi nəzərdə tutulur.