Türkiyənin İzmir şəhərində azərbaycanlı rəssam Gülnarə Muxtarova Pamuk və türk rəssam Ahmet Rüştünün əsərlərindən ibarət sərgi açılıb.
Sərgidə ümumilikdə 32 rəsm əsəri, o cümlədən azərbaycanlı rəssamın 17 əl işi yer alıb. Onların arasında “Xocalı soyqırımı”, “Çanaqqala döyüşü”, “Ananın duası”, “Qardaşlıq”, “Bakının təsviri” və s. əsərlər var. Türkiyəli rəssamın əsərlərində sosial qeyri-bərabərlik mövzusu təsvir olunub.
Rəssam Gülnarə Muxtarova Pamuk tədbirin məqsədinin Azərbaycanı Türkiyədə daha geniş tanıtmaq olduğunu bildirib. Azərbaycanlı rəssamın əsərlərinin bu ilin sonunda Belçikada da sərgilənməsi planlaşdırılır.