Bakı Fotoqrafiya Evində “Havana 500 il” adlı fotosərgi açılıb. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Bakı Fotoqrafiya Evi və Kubanın ölkəmizdəki səfirliyi tərəfindən keçirilən sərgi bu il 500 yaşını qeyd edən Havana şəhərinə həsr edilib.
Tədbirdə çıxış edən Kuba səfiri Alfredo Fidel Nieves Portuondo Havana şəhərinin 500 illiyinin Bakıda, İçərişəhərdə qeyd edilməsinin məmnunluq doğurduğunu bildirib. “Bu gözəl gecədə azərbaycanlı dostlarımızla bir yerdə olmaqdan şadıq”, - deyən səfir vurğulayıb ki, belə tədbirlər xalqları bir-birinə daha da yaxınlaşdırır və onlar sanki bir-birilərini kəşf edirlər.
İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova qeyd edib ki, sərgidə təqdim olunan 30 fotoşəkil məşhur kubalı fotoqraf Vladimir Molina Espada tərəfindən çəkilib.
Sərgi aprelin 23-dək davam edəcək.