ABŞ-ın Tsintsinnati Universiteti və Çinin Geoloji Elmlər Universitetinin mütəxəssisləri elmdə kütləvi “Perm qırılması” kimi qeyd edilən və Yer kürəsində əksər canlıların məhvinə gətirən fəlakətin əsl səbəbinin vulkan püskürmələri olduğu qənaətinə gəliblər.

“Nature Communications” nəşri xəbər verir ki, alimlər 252 milyon il yaşı olan çöküntülərdə civə izləri aşkarlayıb. Həmin metalın toplandığı kömür ehtiyatlarının yanması nəticəsində planetin atmosferinə atılan civə yağış vasitəsilə Dünya okeanına, sonra isə bütün dünyadakı dəniz çöküntülərinə qarışıb.

Alimlər həmçinin püskürmələrin mərkəzinin indiki Sibir ərazisində olduğunu müəyyən ediblər. Püskürmələr min illər boyu davam edib, həmçinin tək vulkanlarda deyil, Yer qabığındakı çatlarda da baş verib. Bundan başqa, atmosferə milyonlarla kubmetr həcmində kül atılıb ki, bu da orta temperaturun təxminən 10 dərəcə artmasına səbəb olub.

Nəticədə qida zəncirləri pozulub və dənizlərin turşululuğu artıb, bu isə öz növbəsində dəniz heyvan və bitkilərinin 96 faizinin, quruda yaşayan onurğalı növlərin 73 faizinin, həşərat növlərinin 83 faizinin yox olması ilə nəticələnib. Yerdə bioloji müxtəlifliyin seyrəlməsi təxminən 60 min il davam edib.

İLONA