Azərbaycanlı opera müğənnisi, İtaliyada yaşayan Azər Zadənin (Rzazadə) Moskvada – Rusiya Böyük Teatrının səhnəsində ilk çıxışı uğurla keçib.

Milanın La-Skala teatrının solisti Azər Zadə Moskva səhnəsində Cüzeppe Verdinin “Traviata” operasında Alfredin partiyasını ifa edib.

Azər Zadə (Rzazadə) Bakı Musiqi Akademiyası, Ozimo Opera Sənəti Akademiyası və Milanın La-Skala Akademiyasının məzunu, bir çox beynəlxalq müsabiqələrin qalibidir. Bu günlərdə o, Moskvada keçirilən Azərbaycanın Xalq artisti Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalının açılışında çıxış edib.