Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin vokal ixtisası üzrə V sinif şagirdi, respublika və beynəlxalq müsabiqələr laureatı İsgəndər Həsənzadə 18-20 aprel tarixində Moskvada keçirilən “Novaya volna” estrada-vokal müsabiqəsində iştirak edib.
12 yaşa qədər uşaqlar arasında keçirilən müsabiqənin yarımfinalında 18 ölkədən 100-ə yaxın ifaçı yarışıb.
Finala vəsiqə qazanan 12 nəfər iştirakçı arasında Azərbaycandan olan yeganə vokalçı İskəndər Həsənzadə də var. Müsabiqənin final mərhələsi 30-31 may tarixində keçiriləcək.