Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun dəstəyi və Dövlət Tarixi İnstitutunun təşkilatçılığı ilə aprelin 19-da Nur-Sultan (keçmiş Astana) şəhərində beynəlxalq elmi konfrans keçirilib.
“Böyük Çölün gəncliyi: tarixi missiya və vahid gələcəyin millətinin formalaşması” adlı elmi konfransda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi Cavid Əliyev iştirak edib.
O, konfransda çıxışı zamanı ölkəmizdə könüllülük hərəkatının təşəkkül tapması, inkişafı və perspektivləri barədə məlumat verib. Qeyd edib ki, ölkəmizdə keçirilən beynəlxalq siyasi, mədəni və idman tədbirlərində könüllülər fəal iştirak edirlər.