Azərbaycan Milli Konservatoriyasının (AMK) xalq çalğı alətləri – balaban ixtisası üzrə təhsil alan 2-ci kurs tələbəsi Anar Vəlizadə aprelin 21-də ABŞ-ın Nyu-York şəhərində keçirilən “American protégé” Beynəlxalq musiqi müsabiqəsində 1-ci yerə layiq görülüb.
Dünyanın müxtəlif ölkələrindən 40-dan çox façının qatıldığı müsabiqədə Anar Vəlizadə görkəmli bəstəkar, Xalq artisti Cahangir Cahangirovun “Aylı gecələr” əsərini ifa edib. Onu AMK-nın müəllimi, Prezident təqaüdçüsü Minirə Nəcəfzadə müşayiət edib. Təqdim olunan ifa münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və I yerə layiq görülüb.
Qeyd edək ki, Anar Vəlizadə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Milli Konservatoriya və AZAL-ın birgə dəstəyi ilə bu müsabiqədə iştirak edib. Onun ixtisas müəllimi, Əməkdar artist İlham Nəcəfov musiqi tədrisi və tələbənin “Carnegie Hall”da uğurlu çıxışı münasibətilə diplomla təltif olunub.