Aprelin 30-da “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların növbəti sərgisi açılacaq.

“Art Tower” rəsm qalereyasında təşkil ediləcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq. Layihənin kuratoru Türkan Cəfərzadədir.

Sərgi mayın 1-dən 18-dək ziyarətçilər üçün açıq olacaq.