X Beynəlxalq Rostropoviç Festivalı çərçivəsində Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində “Maestro Rostropoviçin həyatının Amerika dövrü” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində görkəmli musiqiçinin həyat və fəaliyyətinə həsr edilmiş ekspozisiya açılıb, konsert olub.

Konsert proqramında violonçel ifaçıları – Xalq artisti Rasim Abdullayev və Əməkdar artist Aleksey Miltıx, müxtəlif beynəlxalq müsabiqələrin laureatları iştirak ediblər.