Sərgi-seminarlar davam edir

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşları üçün “Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminarlar davam etdirilir.

Aprelin 25-27-də təşkil olunan tədbirdə Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarının muzey, mərkəz və qalereyalarının əməkdaşları iştirak edib.

Tədbir müddətində bu rayonların muzey toplularına məxsus eksponatların bərpa prosesini əks etdirən fotosərgi keçirilib, eləcə də mərkəzin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.