Finlandiya Milli Arxiv İdarəsinin Rusiya və post-sovet ölkələri ilə əlaqələr şöbəsinin direktoru, Finlandiya tarixinə aid sənədlərin axtarışı və elektronlaşdırılması layihəsinin rəhbəri Dmitri Frolov Azərbaycan Milli Arxiv İdarəsində olub.
Qonaq Milli Arxiv İdarəsinin tabeliyində fəaliyyət göstərən Dövlət Tarix Arxivində Finlandiya tarixinə aid sənədlərlə tanış olub, həmçinin arxiv işi sahəsində mütəxəssis mübadiləsi proqramı üzrə fikir və mülahizələrini bildirib. D.Frolov Milli Arxiv İdarəsinin və Respublika Dövlət Arxivlərinin əməkdaşları üçün “Finlər Rusiya İmperiyasında – 1809-1917-ci illər” və “Keçmiş SSRİ ölkələrinin arxivlərində saxlanılan Finlandiya tarixinə aid sənədlərin aşkarlanması və rəqəmsallaşdırılması üzrə iş” mövzularında mühazirə oxuyub.
Qeyd edək ki, ötən ilin oktyabrında Azərbaycan və Finlandiyanın Milli Arxiv idarələri arasında əməkdaşlıq haqqında saziş imzalanıb.