Azərbaycan
4 may 1920 - Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib.
5 may 1856 – Azərbaycanın ilk maarifçi qadınlarından biri, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə Məlikova-Abayeva (1856-1929) Şimali Qafqazın Nalçik şəhərində (Kabarda-Balkar vilayəti) anadan olub.
5 may 1866 – Yazıçı-dramaturq, şair, tərcüməçi, teatr xadimi Eynəli bəy Çölübəy oğlu Sultanov (1866-1935) Naxçıvanda anadan olub.
5 may 1892 - İstiqlal şairi Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə; 1892-1937) Şəmkir bölgəsinin Seyfəli kəndində doğulub. Dövlət himnimizin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir.
5 may 1905 – Tanınmış ədəbiyyatşünas, şair, tərcüməçi Əkrəm Cəfər (Əkrəm Səftər oğlu Cəfərov; 1905 - 18.8.1991) İsmayıllı rayonunun Lahıc kəndində anadan olub.
5 may 1908 - İlk azərbaycanlı qadın rejissor Qəmər Əliqulu qızı Salamzadə (1908-1994) anadan olub.
5 may 1910 – SSRİ Xalq artisti, rejissor, aktyor və pedaqoq Adil Rza oğlu İsgəndərov (1910 - 18.9.1978) anadan olub. Milli Dram Teatrının baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib. Filmlərdə yaddaqalan obrazlar yaradıb. “Əhməd haradadır?” filminə quruluş verib.
5 may 1912 - Nasir, tərcüməçi Cəfər Bağır (Cəfər Səfər oğlu Bağırov; 1912 - 17.4.1983) Ordubad rayonunun Dəstə kəndində anadan olub.
5 may 1918 - Görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Mirəli Seyidov (1918 – 26.4.1992) İrəvanda doğulub.
5 may 1922 – Xalq artisti Ələddin Aslan oğlu Abbasov (1922 – 13.7.2014) Gəncədə doğulub. “Dəli Kür”, “Qatır Məmməd”, “Nizami”, “Qətl günü”, “Özgə vaxt” və s. filmlərə çəkilib.
5 may 1930 - Xanəndə, Xalq artisti Yaqub Məhəmməd oğlu Məmmədov (1930 -5.7.2002) Ağcabədi rayonunda anadan olub.
6 may 1941 – Tanınmış aktyor Kamil Məhərrəmov (1941-1993) Şamaxıda doğulub. “Dərviş Parisi partladır”, “Yol əhvalatı” və s. filmlərdə yaddaqalan rollar oynayıb.
Dünya
4 may 1929 - İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston; 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna), “Hərb və sülh” (Nataşa Rostova) və s.
5 may 1846 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (1846-1916) anadan olub. Əsərləri: “Quo Vadis” (“Hara gedirsən?”), “Girdab”, “Polonetskilər ailəsi” və s.
6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud; 1856-1939) anadan olub. Əsərləri: “Yuxuların yozulması”, “Totem və tabu”, “Bir illüziyanın gələcəyi” və s.
6 may 1867 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1924) Vladislav Reymont (1867-1925) anadan olub. “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s. əsərlərin müəllifidir.
6 may 1922 – SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş (1922 – 9.3.2019) anadan olub.
Hazırladı: Vüqar ORXAN