Azərbaycan

7 may 1926 – Əməkdar rəssam Cəbrayıl Əlimuxtar oğlu Əzimov (1926-1969) anadan olub. “Görüş”, “Qızmar günəş altında”, “Qanun naminə” və s. filmlərin quruluşçu rəssamı olub.

 

8 may 1910 – Ədəbiyyatşünas alim, şair Cəfər Xəndan (Cəfər Zeynal oğlu Hacıyev; 1910-1961) İrəvan şəhərində anadan olub.

8 may 1919 – Bəstəkar və pedaqoq, SSRİ Xalq artisti Soltan İsmayıl oğlu Hacıbəyov (1919 – 19.9.1974) Şuşada doğulub. “Gülşən” baleti, “Karvan” simfonik lövhəsi və digər əsərlərin müəllifidir.

 

9 may 1909 – Ədəbiyyatşünas alim, akademik Məmməd Cəfər (Məmməd Zeynalabdin oğlu Cəfərov; 1909-1992) Naxçıvanda anadan olub.

9 may 1917 – Xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyev (1917-1998) anadan olub.

9 may 1928 – Xalq artisti, violonçel ifaçısı Sabir Hüseynəli oğlu Əliyev (1928-1983) anadan olub.

 

10 may 1910 –  Əməkdar incəsənət xadimi, rejissor Həsən Ağayev (1910-1986) Bakıda doğulub. Gəncə teatrında çalışıb.

10 may 1926 – Yazıçı-ssenarist Əhmədağa Muğanlı (Əhmədağa Əkbər oğlu Qurbanov; 1926-2001) Biləsuvar rayonunun Əliabad kəndində doğulub.

 

11 may 1915 – Görkəmli heykəltəraş, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov (1915-1971) Şəkidə anadan olub. Nizami Gəncəvinin, Səməd Vurğunun abidələrinin, “Azad qadın” heykəlinin müəllifidir.

11 may 1935 – Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov (1935 – 22.3.2016) anadan olub. “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə” və s. filmlərin ssenari müəllifidir.

 

12 may 1907 – Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 - 10.6. 1983) İrəvanda anadan olub. “Beş manatlıq gəlin”, “Durna”, “Rəisin arvadı” musiqili komediyalarının, populyar mahnıların müəllifidir.

 

Dünya

 

7 may 1840 – Görkəmli rus bəstəkarı və dirijoru Pyotr İliç Çaykovski (1840-1893) anadan olub.

7 may 1861 – Hind şairi, yazıçı, filosof, bəstəkar, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (1861-1941) Kəlküttədə doğulub.

 

8 may 1906 – İtaliya kinorejissoru, neorealizmin təmsilçisi Roberto Rosselini (1906-1977) anadan olub.

 

9 may 1924 – Gürcü şairi, nasir Bulat Okucava (1924-1997) Moskvada doğulub. Əsərlərini rusca yazıb.

 

10 may 1903 – Özbək şairi Qafur Qulam (1903-1966) anadan olub. Nizami Gəncəvinin əsərlərini özbək dilinə tərcümə edib.

 

11 may 1904 – İspan rəssamı, heykəltəraş, yazıçı, rejissor Salvador Dali (Salvador Felipe Jacinto Dali; 1904 – 23.1.1989) anadan olub.

11 may 1916 – İspan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1989) laureatı Kamilo Xose Sela (Camilo Jose Cela; 1916-2002) anadan olub.

 

12 may 1907 - Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn; 1907-2003) anadan olub. Dörd dəfə «Oskar» mükafatına layiq görülüb.

Hazırladı:  Vüqar ORXAN