Özbəkistan paytaxtında ənənəvi “Daşkənd baharı” IV Beynəlxalq Opera və Balet Festivalı keçirilib.

Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın opera sənətinin tanınmış nümayəndələri, dirijorların qatıldığı ənənəvi festivalda Azərbaycan sənətçiləri də iştirak ediblər.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Afaq Abbasova festivalda Özbəkistanın Dövlət Akademik Opera Teatrının təqdim etdiyi C.Verdinin “Trubadur” operasında əsas partiyanı (Leonora) ifa edib. Tamaşaya Əməkdar artist Əyyub Quliyevin dirijorluq etdiyini deyən sənətçimiz festivaldan böyük təəssüratlarla qayıtdığını bildirib. Vokalçımızın tərəf-müqabilləri Özbəkistanın Xalq artisti Ramiz Usmanov və Rusiyanın Əməkdar artisti Larisa Kostyuk olub.

LALƏ