Mayın 14-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Soltan Hacıbəyovun 100 və İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş fortepiano və vokal nominasiyaları üzrə Gənc musiqiçilərin festivalının açılışı olub.
BMA-nın rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək Soltan Hacıbəyov və oğlu İsmayıl Hacıbəyovun yaradıcılığının Azərbaycan musiqi sənətinin inkişafında rolundan danışıb, xatirələrini bölüşüb.
Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova bəstəkarların yaradıcılığı haqqında məlumat verib.
Bir həftə davam edəcək festivala Azərbaycanın 16 şəhər və rayonundan 160-a yaxın musiqiçi qatılacaq. Festivalda klassik əsərlərlə yanaşı, hər iki bəstəkarın bəstələri də səslənəcək.