Məşhur fransız rəssamı, impressionizm üslubunda əsərlər yaradan Klod Monenin daha bir əsəri Nyu-Yorkda “Sotheby’s” hərracında rekord qiymətə, 110,7 milyon dollara satılıb. Bu barədə məlumatı hərrac evinin rəsmi saytı yayıb.

“Ot tayası” seriyasından olan əsər Normandiyada rəssamın yaşadığı evinin yanında 1890-cı ildə çəkilib.

Qeyd edək ki, məlumatda rəsm əsərinin yeni sahibinin adı göstərilmir.