Rusiyanın Rostov şəhərində “Sehrli Arpecio” instrumental ifaçılıq üzrə beynəlxalq müsabiqə keçirilib.

Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi M.Maqomayev adına 26 nömrəli onbirillik Musiqi məktəbinin şagirdi Burhanəddin Novruzov uğurla iştirak edib. O, müsabiqənin Qran-pri mükafatına layiq görülüb.