Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 1-dən 5-dək Bakıda “Caspian etude” Beynəlxalq gənc pianoçular müsabiqəsi keçiriləcək.
16 yaşadək iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələri və musiqi kolleclərinin tələbələri iştirak edəcəklər. Gənc istedadların çıxışlarını beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
Ətraflı məlumatı http://www.caspianetude.az internet səhifəsindən əldə etmək olar.