İyunun 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı operasevərlərə çox maraqlı konsert proqramı təqdim edib. “Viva opera” adlı konsertdə teatrın orta və gənc nəsil opera solistləri iştirak edib.
Teatrın simfonik orkestrinin müşayiəti və baş dirijor, Əməkdar artist Əyyub Quliyevin idarəçiliyi ilə gerçəkləşən konsertin proqramına əsasən hazırda repertuarda olmayan əsərlərdən ariyalar daxil edilib. Proqramda V.A.Motsart, K.V.Qlyuk, V.Bellini, K.Sen-Sans, Ş.Quno, F.Çilea, J.Offenbax, F.Leqarın operalarından nömrələr səslənəcək. Avropa bəstəkarları ilə yanaşı, Ü.Hacıbəyli və Q.Qarayevin operalarından ariyalar da oxunub.
Gecədə xalq artistləri Qənirə Kərimova, Fidan Hacıyeva, Əli Əsgərov və Samir Cəfərov, əməkdar artistlər İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, İlahə Əfəndiyeva, Afaq Abbasova, Fərid Əliyev, Cahangir Qurbanov, İlham Nəzərov və Tural Ağasıyev, solistlər Taleh Yəhyayev və Nina Makarova çıxış ediblər.