Gənc yazıçı Həsən Seyidbəylinin “13” adlı kitabı işıq üzü görüb. H.Seyidbəyli Yazıçılar Birliyinin və “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının ən gənc üzvlərindəndir, ədəbiyyat sahəsində Prezident təqaüdçüsüdür. Əsərləri “Mir Azerbaydjana”, “Literaturnıy Azerbaydjan” jurnallarında dərc olunur. O, “Sodrujestvo” Respublika İctimai Birliyinin ədəbiyyat üzrə keçirdiyi müsabiqədə qalib gəlib.
   H.Seyidbəyli kinoda da çəkilib. “Əlvida, cənub şəhəri” filmində yaratdığı obraza görə Gənclər və İdman Nazirliyinin “2005-ci ildə ən yaxşı aktyor işinə görə” nominasiyasının qalibi olub.