Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında rəqs müsabiqəsi keçirilib. Müsabiqənin münsiflər heyətinin tərkibinə rəqqaslar Ramin Hüseynov, Nigar Hüseynova, rəqs müəllimi Abid Aslanov və musiqiçi-təşkilatçı Həcər İsrafilova daxil olub.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, I yerə “Səma” rəqs ansamblı, II yerə Melinq Sofiya, III yerə “Aysel” rəqs qrupu layiq görülüb. Qaliblər baş idarənin diplomları ilə təltif olunublar.