Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə muzeyin nəzdində fəaliyyət göstərən rəsm dərnəyi şagirdlərinin əl işləri sərgilənib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva dərnəyin azərbaycanlı və gürcü şagirdlərinə Milli Qurtuluş Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib.
Tədbirdə məktəbli Səbinə və Səkinə Hüseynova bacıları Azərbaycanın xalq və bəstəkar mahnılarını oxuyublar. Onları Rasim və Ramin Pirməmmədov qardaşları tar və pianoda müşayiət ediblər.