Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbində 2018-2019-cu tədris ilində respublika və beynəlxalq miqyaslı müsabiqələrdə laureat adını qazanmış şagirdlərin konserti keçirilib.
Konsertdə Nuray Miratayeva, Ləman Seyidova, Şirin Əmiraslanova, Fatimə Vəliyeva, Səmra Hüseynli, Fidan Əmişova (fortepiano), Murad İbrahimli (tar), Asim Rzazadə (klarnet), Nərgiz Rəcəbli (qanun), Tuqay Hüseynzadə (kamança), Asunda Səlimli (xanəndə) və məktəbin məzunları Təhminə Xuduzadə (violonçel) Nəriman Əmiraslanov (fortepiano) maraqlı proqramla çıxış ediblər.
Konsertdə Parisvə İsveç konservatoriyalarınınprofessoru, tanınmış pianoçuAdilə Əliyevaiştirakedib. O, buyaxınlardaFransadakeçirilənAdilə ƏliyevaadınaBeynəlxalqmüsabiqədə laureatadını qazanmış klarnetifaçısı – məktəbin şagirdiAsimRzazadəninvə konsertdə çıxış edən şagirdlərinifası haqqındageniş çıxış edərəkxoş sözlərsöyləyib.
Məktəbin direktoru, Əməkdar müəllim Yusif Vəliyev sonda çıxış edərək Adilə xanıma və şagirdlərə təşəkkürünü bildirib. Laureatlaratəşəkkürnamə təqdimedilib.