İyunun 21-də Muzey Mərkəzində Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisinin açılışı keçiriləcək.

Mahmud Rüstəmov 1967-ci ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Azərbaycan Dövlət İncəsənət İnstitutunun Heykəltəraşlıq fakültəsində təhsil alıb. SSRİ Rəssamlıq Akademiyası nəzdində Yaradıcılıq Emalatxanasının aspirantı olub. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Təsviri sənətdə heykəltəraşlıqla yanaşı, rəngkarlıq və qrafika sahəsində də çalışır. Ölkəmizdə və xaricdə (Fransanın Avinyon şəhəri, Berlin) müxtəlif sərgilərdə iştirak edib, müsabiqələrdə mükafatlara layiq görülüb.

Mahmud Rüstəmovun əsərləri 2013-cü ildə Sotheby’s auksionunda, həmçinin bu il mayın 21-də Bakıda keçirilmiş incəsənət əsərlərinin ilk auksionunda satılıb.

Rəssamın son illərdə yaratdığı rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayiş olunacağı sərgi iyulun 10-dək davam edəcək.